Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - FOTO

09:04 - 5 Fevral 2023

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - FOTO

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin