Türkiyədə sərnişin avtobusu aşdı - Onlarla yaralı var

22:56 - 4 Fevral 2023

Türkiyədə sərnişin avtobusu aşdı - Onlarla yaralı var

Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

 

Bu barədə Manset.az “Report”a istinadən xəbər verir.

Məlumata görə, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin