Xaçmazın Çarxı kəndi istiqamətində “VAZ-2106” markalı avtomobil yolu keçən piyada, 1962-ci il təvəllüdlü Cəfərov Rahid Dadaşbala oğlunu vurub.
Manset.az xəbər verir ki, piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
R.Cəfərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, R.Cəfərovun sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.