Azərbaycanda sərxoş sürücü həbs edildi - FOTO

19:20 - 4 Fevral 2023

Azərbaycanda  sərxoş sürücü həbs edildi - FOTO

Yardımlı rayonu ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin həmçinin sərxoş olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 gün müddətində inzibati qaydada həbs edilib.



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin