Azərbaycan cüdoçusu finala yüksəldi

18:43 - 4 Fevral 2023

Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

 

Manset.azxəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin