Xocalıda şirkət maşını dərəyə aşdı - Yaralı var

13:06 - 4 Fevral 2023

Xocalıda şirkət maşını dərəyə aşdı - Yaralı var

Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Manset.az-a bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin