Naxçıvanda bu qurumda yenidən yoxlama aparılır

11:51 - 4 Fevral 2023

Naxçıvanda bu qurumda yenidən yoxlama aparılır

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabrın 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin