İrandan Azərbaycana 18 kq narkotik keçirmək istədilər

10:34 - 4 Fevral 2023

İrandan Azərbaycana 18 kq narkotik keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Manset.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiirlib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kq 210 qram “marixuana” və 100 qram “tiryək”), fevral ayının 3-də saat 03:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin