Tura lider və autsayderin oyunu ilə start veriləcək - Premyer Liqa

09:47 - 4 Fevral 2023

Tura lider və autsayderin oyunu ilə start veriləcək - Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

 

Manset.az xəbər verir ki, açılış oyunu Gəncədə autsayder “Kəpəz”lə lider “Qarabağ” arasında keçiriləcək. Hazırda qonaqların 56, meydan sahiblərinin 13 xalı var.

Komandalar indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəliblər. Bunların 14-də “sarı-göylər”, 28-də “köhlən atlar” qələbə qazanıb. 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də son çempionunun aşkar üstünlüyü nəzərə çarpır - 71:55.

“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.

Azərbaycan Premyer Liqası

XXI tur

4 fevral

14:00. “Kəpəz” - “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Gəncə şəhər stadionu

Qeyd edək ki, turun “Neftçi” - “Sumqayıt” və “Zirə” - “Qəbələ” oyunları fevralın 5-də, “Şamaxı” - “Turan Tovuz” və “Sabah” - “Səbail” matçları isə fevralın 6-da keçiriləcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin