Türkiyədə rüşvət əməliyyatında saxlanılan Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə başçısı Ünal Çətin (İYİ Partiya) həbs edilib.
Manset.az report-a istinadən xəbər verir ki, Çanaqqala Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Gökçeada bələdiyyə başçısı Ünal Çətin, Bələdiyyə Yenidənqurma müdiri S.D., dövlət işçisi E.B. ilə podratçılar R.G. və B.B-nin əmniyyət müdirliyindəki prosesləri başa çatıb.
Çanaqqala ədliyyəsinə gətirilən şübhəlilər araşdırmadan sonra həbs olunublar.
Xatırladaq ki, yanvarın 31-də regionun təhlükəsizlik strukturları Gökçeada Bələdiyyəsinə qarşı “korrupsiya” və “rüşvətxorluq” əməliyyatı keçirib.
Qeyd edək ki, Gökçeada Türkiyənin ən böyük adasıdır. Eyniadlı rayon adanın bütöv ərazisini əhatə edir.