Bakıda qəribə hadisə: Xəbəri olmadan evinə 2 nəfər qeydiyyata düşüb - VİDEO

01:00 - 4 Fevral 2023

Bakıda qəribə hadisə: Xəbəri olmadan evinə 2 nəfər qeydiyyata düşüb - VİDEO

Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.

 

Manset.az-ın məlumatına görə, ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Bu problemlə Nərimanov rayonu, Aşıq Qərib 4B ünvanının sakini, 67 yaşlı Rəfael Həsənov qarşılaşıb.

"Xəzər Xəbər"in vatsap nömrəsinə  müraciət edən Rəfael Həsənov deyir ki, 1978-ci ildən yaşadığı ünvanda qeydiyyatdadır. Onun sözlərinə görə, sonuncu dəfə 18 saylı Mənzil İstismar İdarəsindən arayış alarkən yaşadığı ünvanda qeydiyyatda olan 7 nəfərlik ailə üzvündən başqa daha iki nəfərin adının siyahıda olduğunu görüb.

Rəfael Həsənov ondan xəbərsiz evinə qeydiyyata düşənləri tanımadığını deyir.

Məsələ ilə bağlı 18 saylı Mənzil İstismar İdarəsinə üz tutsaq da, idarə rəisi işdə olmadığında sorğumuza cavab ala bilmədik.

Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsindən isə bildirildi ki, 52 yaşlı Əliyeva Mehriban Abdulla qızı 2006, övladı 28 yaşlı Əliyev Kamran Azər oğlu  isə 2011-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. Həmin şəxslərin mənzilə qeydiyyatı isə 18 saylı Mənzil İstismar İdarəsinin verdiyi sənəd əsasında həyata keçirilib.

DİN-dən “Xəzər Xəbər”ə bildirildi ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ olan vətəndaş Rəfael Həsənov məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilər.

Manset.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin