Evdə tibbi xidmət alanların nəzərinə - Ağır fəsadları ola bilər (VİDEO)

00:40 - 4 Fevral 2023

Evdə tibbi xidmət alanların nəzərinə - Ağır fəsadları ola bilər (VİDEO)

Saytlarda səyyar tibbi xidmətlərin göstərilməsinə dair elanlara rast gəlinir.

 

Manset.az xəbər verir ki, qeyd olunan elanları verənlərin tibbi təhsilinin olması və ya peşəkarlığı ilə bağlı heç bir məlumat göstərilmir.

Elanlarda evdə müxtəlif yaşlarda olanlara, hətta körpələrə belə damar daxili sistemlərin köçürülməsi, iynələrin vurulması, əməliyyat sonrası yaraların sarğısı, koronaviruslu xəstələrin müalicəsi təklif olunur. Xidmətlərin haqları görüləcək işin mürrəkkəbliyinə görə 10-30 manat arası dəyişir.

Ekspertlər bu tip elanlara aldanmamağı tövsiyyə edirlər. Onlar xəstəxana şəraitində belə bəzi hallarda sistem qoyularkən xəstənin şok vəziyyətinə girdiyini və ciddi tibbi müdaxilələr nəticəsində həyata qaytarıldığını qeyd ediblər.

BAKU.TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin