Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın xəbərinə görə hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa