Azərbaycanlı musiqiçi İranda HƏBS EDİLDİ

23:17 - 3 Fevral 2023

Azərbaycanlı musiqiçi İranda HƏBS EDİLDİ

Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib.

Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb.

Qeyd edək ki, Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin