Türkiyə və Azərbaycan 2023-cü ildə 10-dan çox birgə hərbi təlim keçirəcək

21:54 - 3 Fevral 2023

Türkiyə və Azərbaycan 2023-cü ildə 10-dan çox birgə hərbi təlim keçirəcək

"2023-cü ildə 10-dan çox hərbi təlimin keçirilməsi planlaşdırılır". 

 

Manset.az xəbər verir ki, Qarsda bir sıra ölkələrin iştirak etdiyi birgə qış hərbi təlimləri zamanı Türkiyə və Azərbaycanın müdafiə nazirləri görüşüb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı ilə görüşündə xüsusilə qeyd edib:

“Birgə hərbi təlimlər uğurla keçdi. Onlarda Azərbaycanın 70 hərbçisi və 23 zirehli texnikası iştirak edib”.

O, həmçinin vurğulayıb ki, 2023-cü ildə 10-dan çox hərbi təlimin keçirilməsi planlaşdırılır. Onların hamısı Türkiyə ilə birgə keçiriləcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin