Bu yoldan istifadə edənlərin DİQQƏTİNƏ! - Bazar günü saat 09:00-dan 16:00-dək....

21:00 - 3 Fevral 2023

Bu yoldan istifadə edənlərin DİQQƏTİNƏ! - Bazar günü saat 09:00-dan  16:00-dək....

Bakıda Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşıdırlacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 fevral saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu səbəbdən tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin