İran Azərbaycanın zəlzələdən zərərçəkənlərə yardımını RƏDD ETDİ

15:12 - 2 Fevral 2023

İran Azərbaycanın zəlzələdən zərərçəkənlərə yardımını RƏDD ETDİ

Tehran administrasiyası Azərbaycanın İranın Xoy şəhərində zəlzələdən zərərçəkənlərə yardım təklifini rədd edib.

 

Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Tehran səfirliyinə hücumla bağlı iki ölkə arasında son böhrana baxmayaraq, Azərbaycan hökuməti Xoy zəlzələsindən sonra İrana yardım təklif edib. Tehran administrasiyası Azərbaycanın yardım təklifini qəbul etməyib.

Zəlzələ zonasında on minlərlə azərbaycanlı qış şəraitində çöldə sağ qalmağa çalışır. Zəlzələdən zərərçəkənlərə yardım etməyən İran hökuməti başqalarına kömək etməyə imkan vermir.

Rəsmi məlumatlara görə, Azərbaycan türklərinin sıx yaşadığı bölgədə zəlzələ nəticəsində 1500 ev dağılıb.

Manşet.az

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin