Avropa İttifaqı 18 aydır boş qalan anti-müsəlman nifrət və ayrı-seçkiliklə mübarizənin koordinatoru vəzifəsinə Marion Lisse təyin edilməsinə qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tvitter hesabından verdiyi açıqlamada Lisse təyinatından qürur duyduğunu bildirib və "Bu, bizim birgə səy və qətiyyətimizi tələb edən mühüm bir məsələdir" – deyib.
Təyinatla bağlı Aİ Komissiyasından verilən açıqlamada Lissenin Aİ-yə üzv dövlətlər, Avropa qurumları, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcəyi və koordinatorun bu sahədə çalışan təşkilatlar üçün əsas əlaqə nöqtəsi olacağı bildirilib.
Manşet.az