Ermənistan TƏŞVİŞDƏ: Azərbaycan hərbçiləri beynəlxalq Gorus-Qafan yolunu bağladı

11:18 - 26 Avqust 2021

Ermənistan TƏŞVİŞDƏ: Azərbaycan hərbçiləri beynəlxalq Gorus-Qafan yolunu bağladı

Azərbaycan hərbçiləri dövlətlərarası Gorus-Qafan yolunu bağlayıblar.

Manset.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli təhlükəsizlik Xidməti məlumat yayıb.

Ermənistan tərəfi yolun açılması üçün işlərin davam etdirildiyini açıqlayıb və öz vətəndaşlarını yalnız rəsmi məlumatlara inanmağa çağırıb. Sözügedən yolda hərəkət tam dayanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, avqustun 25-də, saat 23:00 radələrində Qafan-Gorus avtomobil yolunun Dərbənd-Şurnux ərazisindən keçən hissəsi bağlanıb və nəqliyyat vasitələri təxliyə edilib.

Məlumatda o da qeyd olunur ki, Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsində mülki nəqliyyat vasitələrinin keçməsinə icazə verilib, lakin yol hələ də bağlı saxlanılır.(KONKRET.az)


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin