Azərbaycan idmançısı Tokio paralimpiya oyunlarında ilk medalını qazandı

07:32 - 26 Avqust 2021

Azərbaycan idmançısı Tokio paralimpiya oyunlarında ilk medalını qazandı

Azərbaycan idmançısı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə Manset.az Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin