ABŞ-da uşaqlar üçün "Nasist kurikulumu"

22:05 - 31 Yanvar 2023

ABŞ-da uşaqlar üçün

ABŞ-da bir cütlüyün evdə təhsil alan uşaqlar üçün hazırladığı və "nasist təfəkkürünü tərifləyən" kurikulum müzakirələrə səbəb olub.


 


Manset.az xəbər verir ki, hadisə Ohayo ştatında baş verib.
 
Sosial mediada 2500 üzvü olan qrupda paylaşılan məzmunla bağlı araşdırma başladılıb.

Məlum olub ki, evdə təhsil alan uşaqlar üçün hazırlanan  kurrikuluma nasistləri tərifləyən məlumatlar daxil edilib.

Cütlüyün Telegram sosial media tətbiqində yaratdığı qrupun təxminən 2500 üzvü var. Qrupda uşaqlara irqçi təlimlərin verilməsi ilə bağlı paylaşımlar var.

ABŞ mətbuatında geniş yer alan hadisə böyük əks-səda doğurub.

Dövlət rəsmiləri və Təhsil Nazirliyi araşdırmaya başlayıb.
ABŞ-da bəzi ailələr təhsil sistemini bəyənmədiyi üçün uşaqlarını evdə təhsilə yönəldir və kurrikulumun bəzi hissəsini özləri müəyyən edirlər.

Müfəttişlər vaxtaşırı yoxlasalar da, vəziyyət çox vaxt nəzarətdən çıxır.

Davud


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin