“Taliban” əfqanları hava limanına buraxmır

23:10 - 25 Avqust 2021

“Taliban” əfqanları hava limanına buraxmır

"Taliban” Əfqanıstan vətəndaşlarına Kabil hava limanına giriş-çıxışı bağlayıb.

Manşet.az xəbər verir ki, hava limanına yalnız xarici vətəndaşlar buraxılır. Aeroport qarşısında toplaşan yerli sakinlər toqquşmalar yaradıb, hava limanının qapıları bağlanıb. Mənbənin bildirdiyinə görə, xarici vətəndaşlığı olan əfqanların buraxılması növbəti bildirişdən sonra mümkün olacaq.

Şahidlərdən birinin ifadəsinə görə, taliblər səfirliklərin maşınlarını saxlayaraq onların əfqan həmkarlarını aeroporta buraxmırlar.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin