Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
12:23 - 27 Yanvar 2023
6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir.
Artıq gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Manset.az-a açıqlamasında bildirib ki, Dövlət Başçısının iqtisadi siyasətində regionların sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər xüsusi bir yer tutur:
“Məhz 2004-cü ildən etibarən bu istiqamətdə qəbul olunan dövlət proqramları regionların sosial-iqtisadi inkişafında və həm də regionların iqtisadi inkişafda payında mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olub.
Hazırda bildiyiniz kimi, 4-cü Dövlət Proqramı icra olunur. 2019-2022-ci il regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2019-cu ildə qəbul olunub. Bu il artıq sonuncu ildir ki, dövlət proqramı icra olunur. Dövlət Proqramında bütövlükdə regionların sosial-iqtisadi inkişafı üçün 96 istiqamət üzrə tədbirlərin həyata keçirilməsi də planlaşdırılıb”.
Millət vəkili əlavə edib ki, keçən dövr ərzində bütövlükdə hər bir istiqamət üzrə xeyli işlər görülüb:
“Regionların həm sosial-iqtisadi inkişaf göstəricilərində, həm də regionların iqtisadi inkişafda payında bu icra olunmuş tədbirlər mühüm nəticələrə gətirib çıxarıb. Bütövlükdə regionların həm qeyri-neft sektorunun inkişafında, gənclərin və qadınların regional inkişafda rolunun artırılması istiqamətində, peşə təhsili və kadr hazırlığının inkişafı istiqamətində, maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində, turizmin inkişafı istiqamətində, sosial müdafiənin gücləndirilməsi, yeni iş yerlərinin açılması, məşğulluğun artırılması istiqamətində, ekologiya və təbii sərvətlərdən istifadə istiqamətində, yol təsərrüfatının və nəqliyyatın inkişafı istiqamətində, enerji təchizatının yaxşılaşdırılması istiqamətində, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində proqram çərçivəsində xeyli işlər görülüb”.
Komitə sədrinin sözlərinə görə, dövlət büdcəsindən son 4 il ərzində bu istiqamətdə də xeyli vəsait ayrılıb:
“Bu vəsaitin icrası nəticəsində regionların sosial-iqtisadi inkişafında nəticələr əldə olunub. Bütövlükdə Azərbaycanın 2022-ci il iqtisadi yekunları xeyli müsbətdir. Belə ki, ümumdaxili məhsulumuz biz bütövlükdə böhran və çətinliklərə baxmayaraq 4,6 faiz artıb, qeyri-neft sektorumuz 9,1 faiz artıb və bu artımın fonunda regionlarda əsasən insanların məşğul olduğu kənd təsərrüfatı sahəsində məhsul istehsalı 3,4 faiz artıb ki, bu da həm görülən tədbirlər, həm tətbiq olunan innovativ tədbirlər, həm də əhalinin və insanların bütövlükdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması ilə bağlı həyata keçirdiyi fəaliyyət nəticəsində bu inkişafa nail olunub”.
Tahir Mirkişili vurğulayıb ki, işğaldan azad olunmuş həmin ərazilərin bərpa olunması ilə bağlı da xeyli işlər görülür:
“Büdcə vəsaitlərinin bir hissəsi həm də bu istiqamətə ayrılır. Həmin ərazilərdə infrastrukturun yenidən qurulması, əhalinin köçürülməsi, təhlükəsizliyinin təmin olunması, iki istiqamətdə Azərbaycan dövlət büdcəsindən xeyli vəsait xərclənir”.
Millət vəkili qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icra olunması əlaqədar qoyulan hədəflərə nail olunması üçün 2019-cu ildən etibarən bu günə qədər xeyli səy də sərf olunur:
“Bütövlükdə əldə olunan nəticələr xeyli müsbətdir. Həm sənayenin inkişafında, regionlarda sənaye parklarının qurulmasında, sənaye parklarında rezidentlərin sayının artırılmasında, həm kənd təsərrüfatının inkişafının sürətləndirilməsində, həm yeni iş yerlərinin açılmasında, həm regionlarımızda qaz, elektrik, su, yol infrastrukturunun yenidən qurulmasında görülən işlər bütövlükdə Azərbaycan regionlarının inkişafını təmin edəcək mühüm tədbirlərdir”.
Komitə sədri hesab edir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlər başçısının siyasəti bundan sonra da davam edəcək:
“Çünki regionların inkişafı bütövlükdə Azərbaycanın tarazlı iqtisadi inkişafına nail olmaq üçün əsas şərtlərdən biridir. Bu, həm də dövlətin iqtisadi siyasətinin də mühüm istiqamətlərindən biridir.
Bütövlükdə xarici investisiyaların cəlb olunması, özəl sektorun inkişaf etdirilməsi Azərbaycan iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də qəbul olunmuş yeni qanunlar, xüsusən də mikro kiçik orta sahibkarlığın inkişafı haqqında qanuna, dövlət-özəl tərəfdaşlıq haqqında qanun bütövlükdə sahibkarların regionlarımızın inkişafına da gələcəkdə də öz mühüm töhfəsini verməyə imkan verəcəkdir”.
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin