Şəmkir sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

09:27 - 30 Yanvar 2023

Şəmkir sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

Şəmkirdə bədbəxt hadisə baş verib. 

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstə dünyasını dəyişib.

B.Hacıyevin yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılıb.

Mərhum hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin