Azərbaycanda daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı

09:19 - 30 Yanvar 2023

Azərbaycanda daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı

Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.

Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb.

Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin