Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi - YENİLƏNİB (FOTOLAR/VİDEO)

23:55 - 29 Yanvar 2023

Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi  - YENİLƏNİB (FOTOLAR/VİDEO)

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

 

Manset.az xəbər verir ki, hazırda şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

***22:06

Şəhid Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

 

Manset.az xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşayiəti ilə qarşılanır. 

Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır. //Qafqazinfo

 

 

 




 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin