4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək -FOTO

22:14 - 29 Yanvar 2023

4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək -FOTO

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 

Manset.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "Efaron Qrup” MMC (VÖEN-1307893541) olub.
MSK dairə seçki komissiyalarında mövcud olan əməkhaqqı və buna aid digər hesablamararın uçotu proqramına 2023-cü il ərzində illik xidmətin göstərilməsinə görə "Efaron Qrup” MMC -yə 44 min 486 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 44,5 min manatlıq tender müsabiqəsinin qalibi olan "Efaron Qrup” MMC  tender elanından təxminən 4 ay əvvəl dövlət qeydiyyatına alınıb.

MSK tender elanını 28.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.08.2022-ci il tarixində qeydiyyata alınıb.

Maraqlıdır ki, xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Ətraflı

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Nizamnamə kapitalı 10 manat olan "Efaron Qrup” MMC-nin hüquqi ünvanı "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kazımov Yaşar Şura oğludur.

Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində "Efaron Qrup” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub və təsis olunduqdan qısa müddət sonra çoxsaylı tenderlərdə qalib olublar.

Cəmi 8 ay ərzində "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:


 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin