Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

19:35 - 29 Yanvar 2023

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anbara hücumdan dəymiş ziyan Tehranın iddia etdiyindən qat-qat çoxdur.

 

Manset.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzeti məlumat yayıb.

“Hadisə yerində dörd partlayış olub. Zərər İranın bildirdiyi kiçik dam zədəsindən qat-qat çoxdur. İsrail anbara hücumu şərh etməkdən imtina edir, lakin Qərb kəşfiyyat rəsmiləri bunun arxasında İsrail kəşfiyyatı MOSSAD-ın olduğunu iddia edirlər. İran hədəflərinə oxşar hücumlar 2020-ci ilin iyulunda və 2021-ci ilin aprelində Natanda, eləcə də 2021-ci ilin iyununda Kərəcdə olub",- məlumatda deyilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin