Əhaliyə ŞAD XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
29 Mart 2024
19:15 - 29 Yanvar 2023
TÜRKSOY-un baş katibi Sultan Raev İrandakı səfirliyə terror hücumu ilə bağlı Azərbaycana başsağlığı verib.
Manset.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
"İran İslam Respublikasındakı Azərbaycan səfirliyinə qarşı törədilmiş silahlı hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılara şəfa diləyirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin