Azərbaycanda körpənin meyitini küçəyə atdılar

18:34 - 29 Yanvar 2023

Azərbaycanda körpənin meyitini küçəyə atdılar

Goranboy rayonunda körpə uşaq meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub.

“Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb”, - DİN rəsmisi qeyd edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin