<

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var -YEİLƏNİB (FOTOLAR)

23:33 - 29 Yanvar 2023

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var -YEİLƏNİB (FOTOLAR)

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.

Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

***18:14

Beyləqan rayonunda yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.
Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.(apa)



Xəbər xətti

21 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin