İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya yola düşüb - YENİLƏNİB (VİDEO)

21:13 - 29 Yanvar 2023

İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya yola düşüb - YENİLƏNİB (VİDEO)

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Tehranın hava limanından Bakıya yola düşüb.
 

***20:40

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

 

Manset.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.

***18:55

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

 

Manset.az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

***16:52

 

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin