Qubada narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI

14:35 - 29 Yanvar 2023

Qubada narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI

Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və NİVA markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin