Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

12:43 - 29 Yanvar 2023

Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.

 

Manser.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Şəki şəhərində baş verib.

İki dost restoranda yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb və sərxoş vəziyyətdə restorandan çıxaraq küçədə dava etməyə başlayıblar.

Bu zaman yaxınlıqda olan polis əməkdaşı Elvin Əlimərdanov yaxınlaşaraq onları sakitləşdirməyə çalışıb. Dava edənlərdən birinin əlində olan bıçaq E.Əlimərdanova yüngül xəsarət yetirib. Buna baxmayaraq, polis əməkdaşı hər iki şəxsi saxlayaraq şöbəyə aparıb.

 

Araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin