Pakistanda dəhşətli avtobus qəzası: 41 sərnişin yanaraq öldü

12:28 - 29 Yanvar 2023

Pakistanda dəhşətli avtobus qəzası: 41 sərnişin yanaraq öldü

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin