Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

11:32 - 29 Yanvar 2023

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndindən keçən hissəsində bir nəfər batıb.

 

Manset.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az