Türkiyədə ağır avtobus qəzası - Ölən və yaralananlar var

09:16 - 29 Yanvar 2023

Türkiyədə ağır avtobus qəzası - Ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı bölgəsində sərnişin avtobusunun aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bölgəyə çox sayda sağlamlıq, xilasetmə, jandarma və polis qrupları göndərilib.

Qəzada 3 nəfərin hadisə yerində, 1 nəfər isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyi, müalicə alan 24 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin