“Səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb” - Prezident

22:18 - 28 Yanvar 2023

“Səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb” - Prezident

 

“İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib”.

 

Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İsrail dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti avtomat, silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini vurğulayıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin