“Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk" - İtaliya XİN

20:14 - 28 Yanvar 2023

“Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

 

Manset.az xəbər verir ki, nazirliyin tviter hesabında bununla bağlı bildirilib: “Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin