Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
26 Aprel 2024
19:39 - 28 Yanvar 2023
Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb.
Manset.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev tviter hesabında bildirib.
O, Azərbaycan xalqına başsağlığı verib.
"Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş ölümcül hücumu pisləyir və istənilən belə hücumu qəbuledilməz və narahatedici hesab edir. Biz Azərbaycan Prezidentinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin