Tanınmış polkovnik Naxçıvan polisinə rəis təyin olundu - FOTO

19:05 - 28 Yanvar 2023

Tanınmış polkovnik Naxçıvan polisinə rəis təyin olundu - FOTO

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin