Niyazi Bayramov Orxan Əsgərovun yas mərasimində iştirak etdi

18:51 - 28 Yanvar 2023

Niyazi Bayramov Orxan Əsgərovun yas mərasimində iştirak etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci Qarabağ Müharibəsi zamanı şəhid olan İsmayılov Teymur Novruz oğlunun anası Lilpar Ələkbərovanın, Vətən Müharibəsi iştirakçısı Kərimov Səlim Kərim oğlunun və Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi, şəhid Əsgərov Orxan Rizvan oğlunun yas mərasimlərində iştirak edib. 

 

Manset.az xəbər verir ki, mərasimlərdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Niyazi Bayramov mərhumların ailə üzvlərinə başsağlığı verib və bildirib ki, torpaqlarımızın azadlığı uğrunda igidlik göstən hər bir qəhrəmanımız daim qəlblərdə yaşayacaqdır.

Qeyd edək ki, İsmayılov Teymur Novruz oğlu 1993-cü il noyabrın 5-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Kərimov Səlim Kərim oğlu 2020-ci ildə Vətən Müharibəsində iştirak edib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi vəzifəsində çalışan Əsgərov Orxan Rizvan oğlu isə 27 yanvar 2023-cü ildə səfirliyə edilən terror aktı nəticəsində həlak olub.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin