Bakıda hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

13:49 - 28 Yanvar 2023

Bakıda hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib. 

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub. 

Əldə etdiyimiz məlumata görə, intihara cəhd edərkən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazrda faktla bağlıa raşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin