“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

12:56 - 28 Yanvar 2023

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. 

Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxana), 3-cü günü Qusar rayonunda (Rəsm Qalereyası) və 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin