Zaqatalada silah-sursat tapıldı

12:09 - 9 İyun 2021

Zaqatalada silah-sursat tapıldı

Zaqatala rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə Manşet.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisindən lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd qumbara, 6 ədəd qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka, 2 ədəd patron darağı və 20 ədəd patron tapılıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin