Məktəb direktoruna yüksək vəzifə VERİLDİ - FOTO
20 Aprel 2024
21:49 - 27 Yanvar 2023
Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinə ölkəni tərk etmək xahişini çatdırıb.
Manset.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Latviyanın Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar verdiyi xatırladılıb.
Latviyanın bu qərarı digər Baltikyanı ölkələrlə "həmrəylik" əsasında verdiyi və bu səbəbin Rusiya tərəfindən qəbul edilmədiyi vurğulanaraq, bu həmrəyliyin Rusiyaya qarşı düşmən addımlar atmaq mənasını verdiyi və ABŞ-ın istiqamətləndirdiyi bildirilib.
Açıqlamada mövcud vəziyyətin bütün məsuliyyətinin Latviya hökumətinə aid olduğu vurğulanıb:
"Latviyanın Moskvadakı səfiri Maris Riekstinsdən 2 həftə ərzində Rusiyanı tərk etməsi tələb edilib. Latviya hakimiyyətinin səviyyəsini aşağı salmaq üçün təxribat xarakterli addımlar atılıb".
Davud
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin