Almaniyada türk ailəsinə əvvəlcə hücum etdi, sonra evi yandırdı

21:31 - 27 Yanvar 2023

Almaniyada türk ailəsinə əvvəlcə hücum etdi, sonra evi yandırdı

Almaniyada yaşayan türk ailəsi irqçi hücuma məruz qalıb.


 
Manset.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində Aktaş ailəsi  alman qonşusu silahla ailəni güllələyib və evlərini yandırıb. Xəsarət alan cütlük xəstəxanaya çatdırılıb. Hücum edən şəxs tutularaq nəzarətə götürülüb.
 
O, tapança ilə atəş açıb, bu zaman Mehmet Aktaş qollarından, həyat yoldaşı Aleyna Aktaş isə ayaqlarından yaralanıb. Gənc cütlük körpələri ilə birlikdə balkona qaçıb.

Aleyna Aktaşın atası davamlı olaraq məruz qaldıqları irqçiliyə belə reaksiya verib:

"Kürəkənim və nəvəm çətinliklə canlarını qurtardılar. Təəssüf ki, biz daim bu irqçi hücumlara məruz qalırıq".

İrqçi hücumçu Almaniya xüsusi təyinatlı polisinin keçirdiyi reyd zamanı evinin eyvanında saxlanılıb.

Davud


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin