Quranı yandıran təxribatçı Paludandan təkəbbürlü hədə: İsveç NATO-ya daxil olana qədər...

21:17 - 27 Yanvar 2023

Quranı yandıran təxribatçı Paludandan təkəbbürlü hədə: İsveç NATO-ya daxil olana qədər...

"İsveç NATO-ya qəbul edilənə qədər hər cümə Quranı yandıracağam"


Manset az xəbər verir ki, bunu İsveçdən sonra Danimarkada da cümə namazından sonra məscidin qarşısında Quranı yandıran ifrat sağçı siyasətçi Rasmus Palu deyib. 
 
O, bunda Türkiyə prezidenti Ərdoğanı günahlandırıb:


"İsveçin NATO-ya üzv olmasına icazə vermək istəmədiyi üçün  ona mən ona ifadə azadlığı öyrətməliyəm. Gördüyüm qədəriylə Ərdoğan yalançıdır. Bir şeyin kiminsə günahı olduğunu deyərkən, səbəb-nəticə əlaqəsinin necə işlədiyini bilmir". 
 
Bundan əlavə, ifrat sağçı lider biri məscidin qarşısında, digəri isə Rusiya səfirliyi, eləcə də Türkiyənin Kopenhagendəki səfirliyinin yaxınlığında olmaqla ümumilikdə 3 dəfə Quran yandırmaq istədiyini bildirib.

Davud


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin