Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi

20:05 - 27 Yanvar 2023

Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi

Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

 

Bu barədə Manset.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Özbəkistan naziri telefon söhbəti zamanı baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb, Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

C.Bayramov özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin