Avropa Şurası səfirliyimizə hücumu qınadı

19:00 - 27 Yanvar 2023

Avropa Şurası səfirliyimizə hücumu qınadı

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə baş katib tviter hesabında paylaşım edib. 

"Tehranda Azərbaycan səfirliyinə yönələn hücumu şiddətlə qınayıram. Diplomatik missiyalara yönələn hücumlar qəbul edilə bilməz. Azərbaycan ilə birliyimizi ifadə edirik, qurbanlara başsağlığı diləyirəm",- deyə Avropa Şurasının Baş katibi vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin